Amerika fond bazarında Dow Jones indeksi 0,18% - 22 872,89 bəndədək, S&P 500 0,18% - 2 555,24 bəndədək, NASDAQ isə 0,25% - 6 603,55 bəndədək bahalaşıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,06% - 7 533,81 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı isə 0,17% - 12 970,68 bəndədək bahalaşıb, Fransa CAC-40-ı isə 0,02% - 5 362,41 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,40 dollar artaraq 1 297,30 dollara, gümüş isə 0,11 dollar artaraq 17,24 dollara satılıb.