"Unibank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin III rübündə 604,823 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisədə 16,88% azdır.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, kredit portfelinin həcmi hesabat dövründə 280,613 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,55% azdır. Hesabat dövründə kreditlərin 60%-i və ya 168,368 mln. manatı fiziki şəxslərə verilib.
Oktyabr ayının 1-nə bankın depozit portfelinin həcmi 2,8% artaraq 377,262 mln. manata, öhdəliklərinin həcmi isə 14,68% azalaraq 561,833 mln. manata bərabər olub.
Maraqlıdır ki, bank nizamnamə və məcmu kapitalını açıqlamayıb.
Hesabat dövründə bankın gəlirləri 49,18% artaraq 59,330 mln. manata, xərcləri isə 2,57 dəfə artaraq 55,709 mln. manata yüksəlib. Bu ilin 9 ayında bank 14,376 mln. manat ehtiyatlar üzrə ayırmalara yönəldilib.
"Unibank" rübü 10,755 mln. manat məbləğində zərərlə başa vurub