Almaniyadan İrana uçan sərnişin təyyarəsi Türkiyədə təcili eniş edib

Almaniyadan İrana uçan sərnişin təyyarəsi Türkiyədə təcili eniş edib
23 Noyabr 2017
Mətni dəyiş
Almaniyadan İrana uçan sərnişin təyyarəsi Türkiyədə enməyə məcbur olub.

Hadisə Türkiyə vaxtı ilə saat 19:20-də qeydə alınıb. Frankfurtdan Tehrana yola düşən “Boeing 747” sərnişin təyyarəsi Atatürk Hava Limanında eniş izni istəyib. Təyyarənin təcili eniş etməsinə sərnişinlərdən birinin özünü pis hiss etməsi səbəb olub. Təyyarə aeroporta enəndən sonra əraziyə təcili yardım həkimləri sağırılıb.

Məlum olub ki, sərnişinlərdən 61 yaşlı Davud Mohebbinin ürəyi tutub. Onu xəstəxanaya yerləşdiriblər. Təyyarə 2 saatdan sonra havaya qalxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun