Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2017-ci ilin noyabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
Abzas.net xəbər verir ki, bu barədə ARDNF-un mətbuat xidməti məlumat verib.
Məlumata görə, ARDNF 2017-ci ilin ilk 10 ayında AÇG yataqları üzrə fond 5,195 mlrd. dollar gəlir əldə edib.
ARDNF həmçinin, 2001-ci ildən 2017-ci ilin noyabrın 1-dək AÇG yataqlar bloku üzrə 127,304 mlrd. ABŞ dolları gəlir əldə etdiyini açıqlayıb.