Futbol üzrə İtaliya millisinin qapıçısı Gianluigi Buffon yığmada karyerasını başa vurduğunu bəyan edib.
Abzas.net xəbər verir ki, bu barədə Buffon DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin cavab oyunları çərçivəsində İsveçlə keçirilən oyundan sonra açıqlama verib.
Buffon millinin qapısını gənclərə əmanət etməyin vaxtının gəldiyini bildirib:
“Mən İtaliya yığmasını cavanlara, Perin və Donnarumaya tapşıraraq tərk edirəm. Şübhəsiz ki, İtaliya futbolunun gələcəyi var. Millidə on il ərzində birgə olduğum Bartsalyi, Bonuççu, Kyellini və De Rossini bağrıma basmaq istəyirəm."
İtaliya yığması iki oyunun nəticəsinə görə İsveç millisinə 0-1 (0-1, 0-0) hesabı ilə məğlub olaraq, son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.