Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 mlrd. 168,650 mln. manat təşkil edib.
Abzas.net xəbər verir ki, bu barədə DGK-nin açıqladığı statistikada məlumat verilib.
Keçən ilin eyni dövrü ilə müqayisədə daxilolmaların həcmi 18,05% artıb.
Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 571,576 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 497,747 mln. manat, aksizlər üzrə 70,359 mln. manat, yol vergisi üzrə isə 28,967 mln. manat təşkil edib.