Dünya birjalarında neftin qiyməti qalxıb.
Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,87 dollar və ya 1,53% artaraq 57,70 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar və ya 0,70% artaraq 63,01 dollar olub.