“Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles gələn ildən Danimarkada çalışacaq.
sport24.az xəbər verir ki, o, yanvarın 1-dən “Orhus”klubunda işləyəcək.İnformasiyanı dəqiqləşdirmək üçün Selleslə əlaqə saxladıq və təcrübəli mütəxəssis xəbərimizi təsdiqlədi: “Bəli, mənim Danimarkanın “Orhus” klubundan təklifim var. Orada köməkçi məçqçi kimi işləmək üçün dəvət almışam. Dünən bununla bağlı “Qarabağ” rəhbərliyi və məşqçi heyəti ilə söhbət etdim. Çünki burdan hörmətlə ayrılmaq istəyirəm.
Fikrim “Qarabağ”ın icazəsi ilə təklifi qəbul etmək və Ağdam klubundan ayrılmaqdır. Sağ olsunlar, qərarıma hörmətlə yanaşdılar. Qarşılıqlı şəkildə razılaşdıq. Bir-birimizə təşəkkür etdik. “Qarabağ” böyük klubdur. Böyük ehtimalla yanvarın 1-dən Danimarkada çalışacam”.