Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyununu idarə edəcək hakimlər açıqlanıb.
Abzas.net xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytına məlumat verib.
Oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Manuel De Sousa olacaq.
Ona yan xətt hakimləri Alvaro Mesguita və Ricardo Santos yardım edəcəklər.
Baş hakimin əlavə köməkçiləri Fabio Verissimo və Luis Miguel Branco Godinho olacaqlar.
Dördüncü hakim rolunda isə Nunu Pereira çıxış edəcək.
Oyun noyabrın 22-də saat 21:00-da Bakı Olimpiya Stationunda baş tutacaq.