Amerika fond bazarında Dow Jones indeksi 0,25% - 23 435,01 bəndədək, S&P 500 0,16% - 2 579,36 bəndədək bahalaşıb, NASDAQ isə 0,17% - 6 716,54 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,07% - 7 487,96 bəndədək azalıb, Almaniya DAX-ı 1,78% - 13 465,51 bəndədək, Fransa CAC-40-ı isə 0,20% - 5 514,29 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,50 dollar artaraq 1 280,80 dollara, gümüş isə 0,02 dollar ucuzlaşaraq 17,16 dollara satılıb.