Silahlı Qüvvələrə Yardım Fonduna son 15 ildə daxil olan vəsait açıqlanıb.
Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2017-ci il tarixədək 86.097.065,62 AZN, 212.873,88 ABŞ dolları, 8936,0 avro və 5000,0 rubl vəsait daxil olub.