Bu ilin 11 ayı ərzində ət idxalı 63%, ət məhsulları idxalı 34,3 %, kəsim üçün ölkəyə gətirilən heyvanların idxalı 72%, süd idxalı 79%, süd məhsulları idxalı 30%, ümumilikdə heyvandarlıq məhsullarının idxalı 46 faiz artmışdır.
Abzas.net xəbər verir ki, bu barədə Gömrük Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib. Həmçinin keçən ilin eyni dövrü ilə müqayisədə bitki yağları, şəkər, çay idxalı kəskin şəkildə artıb. Ümumilikdə isə 11 ay ərzində yeyinti məhsulları idxalı 1 milyard 255 milyon 900 min dollar təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 60 milyon dollar çoxdur. Onu da qeyd etməliyəm ki, 5-6 il əvvəl 11 ay ərzində ölkəyə 950 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunurdu. Bu göstərici indikindən 300 milyon dollar az idi.