01.11.2017-ci il tarixinə bank sektorunun kredit qoyuluşları 11 milyard 731.9 milyon manat təşkil edib. Abzas.net xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Oktyabrın əvvəli ilə müqayisədə kredit qoyuluşu 253 milyon manat azalıb. 01.10.2017-ci il tarixində kredit qoyuluşları 11 milyard 984.9 milyon manat idi. Bu ilin 10 ayı ərzində isə kredit qoyuluşları 4 milyard 70,2 milyon manat azalıb.