Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2017-ci ilin yanvar-noyabr ayları ərzində 1 076 041 ton neft, neft-kimya məhsulları ixrac edib.
Abzas.net xəbər verir ki, ümumilikdə, yanvar-noyabr aylarında 502 068 ton dizel yanacağı, 43 969 ton təyyarə yanacağı, 295 ton soba mazutu, 65 784 ton yüksək təzyiqli polietilen, 10 283 ton mütləqləşdirilmiş izopropil spirti, 56 827 ton maye piroliz qətranı, 34 497 ton propilen, 25 894 ton butilen butadiyen fraksiyası və digər məhsullar ixrac edilib.
Qeyd edək ki, noyabrda dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 62,62 dollara, “Urals” nefti – 61,99 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 63,72 dollara satılıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2016-cı ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 1,388 mln. ton həcmində neft məhsulları ixrac edib.Bu isə o deməkdir ki, ötən illə müqayisədə xaricə ixrac edilən neft məhsullarının həcmi 33 faiz azalıb.