Azərbaycana idxal kəskin artıb

Azərbaycana idxal kəskin artıb
6 Dekabr 2017
Mətni dəyiş

Bu ilin 9 ayı ərzində xaricdən Azərbaycan xaricdən 104 mindən çox televizor və rəngli təsvirli digər qəbuledici aparatlar idxal edib.

Abzas.net xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Məlumata görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə idxal 80% artıb.

Azərbaycan televizorları əsasən Rusiya (40,8 min ədəd), Çin (37,3 min) və Özbəkistandan (13,9 min) alır. Qismən Koreya, Türkiyə, Misir, Malayziya və Slovakiyadan da televizor idxal edilir. Bu il idxalçılar televizor alınmasına 24,2 milyon dollar xərcləyiblər. Bu, 2016-cı ilin eyni dövründəkindən 48% çoxdur. Bir televizor orta hesabla 232,4-dollara bəyan edilir. Bu, 2016-cı ildəkindən 50 dollar ucuzdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun