İsveçli rejissor Ruben Ostlund-un "Kvadrat" filmi Avropa Film Akademiyasının 6 mükafatını qazanıb.
O cümlədən "Ən yaxşı Avropa filmi", "Ən yaxşı Avropa komediyası", "Ən yaxşı ssenari" və "Ən yaxşı rejissor" mükafatlarını.
Mərasim Berlində keçirilib.
Filmdə baş rolu ifa etmiş Claes Bang "Ən yaxşı aktyor" mükafatına layiq görülüb.
Filmdəki hadisələr Avropada baş verir.
Satiranın hədəfi Avropanın mədəni elitasıdır. Bu elitanın başı özünə o qədər qarışıb ki, reallıq hissini elə itirib ki, artıq açıq-aşkar absurd olan "sənət nümunələrindən" muzeylər yaradır, bu elitanın nümayəndələri ikili həyat yaşayırlar, başları öz eqoist və dəbdəbəli həyat tərzlərinə qarışdığından cəmiyyətdə baş verənlərdən xəbərsizdirlər, Avropa sivilizasiyasını xaricdən təhdid edən qüvvələrə isə sadəlövhcəsinə qucaq açırlar.
Filmin ssenari müəllifi və rejissoru Ruben Ostlund bir neçə ay qabaq Kann Festivalının da baş mükafatını qazanmışdı.