Bakıda neft hasilatı 6 faizdən çox azalıb

Bakıda neft hasilatı 6 faizdən çox azalıb
27 Dekabr 2017
Mətni dəyiş

Bakıda neft hasilatı 6,2%, qaz hasilatı 2,2% azalıb.

Abzas.net xəbər verir ki, yanvar-noyabr ayları ərzində Bakı şəhərinin mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24,4 mlrd. manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 3,6% azalıb.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 34,9 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 16,6 mlrd. kubmetr təşkil edib.

Neft hasilatı 6,2%, əmtəəlik qaz hasilatı isə 2,2% azalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun