Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Abzas.net xəbər verir ki, Avropanın ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyıb.
Püşkün nəticələri aşağıdakı kimidir:
“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya) - PSJ (Fransa)
“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)
“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)
“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)
1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də keçiriləcək.