2017-ci ilin noyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 11 335 sığorta müqaviləsi bağlanmışdır.
İcbari Sığorta bürosunun yaydığı məlumata görə, Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 3 397 625 manat təşkil etmişdir.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 8038-i yaşayış evləri və mənzillər, 220-i inzibati binalar, 3077-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26% azalma, sığorta haqlarının məbləğində isə 58% artım müşahidə edilmişdir.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 426, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 28 770 manat təşkil etmişdir. Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 12 sığorta müqaviləsi bağlanmış, sığorta haqlarının həcmi 11 114 manat olmuşdur.