Dekabrın 12-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Abzas.net xəbər verir ki, məlumatı Mərkəzi Bank yayıb.
Xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7001 səviyyəsində formalaşıb.
Bu gün, dekabrın 12-də rəsmi məzənnəyə görə, 1 dollar 1.7000 manata bərabər olmuşdu.
Bu ilin əvvəlindən manatın dollara nisbətən 4, fevral ayından isə 11 faiz bahalaşdığı bildirilir.