Dünya birjalarında neftin qiyməti qalxıb.
Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,96 dollar və ya 1,67% artaraq 58,36 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,10 dollar və ya 1,76% artaraq 63,73 dollar olub.