Dünya birjalarında neftin qiyməti aşağı düşüb.
Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,45% azalaraq 57,36 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,41% azalaraq 62,60 dollar olub.