Dünya birjalarında neftin qiyməti qalxıb.
Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar və ya 0,17% artaraq 57,57 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,08% artaraq 63,50 dollar olub.