"Gilan Holding"ə daxil olan 3 şirkət fəaliyyətini dayandırdığını rəsmən bəyan edib.
Abzas.net xəbər verir ki, "Gilan Pasicifik İnşaat Materialları” MMC, "Gilan Motors” MMC və "Gilan Sement” MMC ləğv olunub.
"Gilan Pasicifik İnşaat Materialları” rəsmən qeydiyyata 2011-ci ildə alınıb və nizamnamə kapitalı 20 manat olub. "Gilan Sement” 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 40 manat təşkil edib. "Gilan Motors” isə 100 manat nizamnamə kapitalı ilə 2008-ci ildə dövlət qeydiyyatına alınıb.
Hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovdur. Qeyd etmək lazımdır ki, "Gilan Holdinq" FH naziri Kəmaləddin Heydərovun müəssisəsi kimi tanınır.