Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə başlanıldığı 2006-cı ildən bu il noyabrın 1-nə qədər "Azərbaycan İpoteka Fondu"nun (AİF) müvəkkil bankları 877,8 milyon manat ipoteka krediti verib. Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir. Hesabata əsasən, AİF həmin kreditlərin 777,6 milyon manatını və yaxud 88,6%-ni yenidən maliyyələşdirib. Son nəticədə hazırda Fond müvəkkil kredit təşkilatlarına 100,2 milyon manat borcludur.