2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində əsas kapitala kapital qoyuluşları 11 mlrd. 301,8 mln. manat vtəşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% azdır. Abzas.net xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala kapital qoyuluşları 12 mlrd. 536,5 mln. manat təşkil edib. Beləliklə, bütün kapital qoyuluşlarının 90,2%-i paytaxtın payına düşür. Məlumata əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında Bakı üzrə ümumi kapital qoyuluşlarından 8 mlrd. 46,9 mln. manat (71,2%-i) tikinti-quraşdırma işlərinə yönəldilib. Vəsaitin 3 mlrd. 729,6 mln. manatı dövlət sərmayələri (bütün kapital qoyuluşlarının 33%-i), 7 mlrd. 459,2 mln. manatı qeyri-dövlət sərmayələrin (67%) payına düşüb.