Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) dəftərxana və təsərrüfat malları, avadanlıq, mebel, çap məhsulları, kartric və yaddaş cihazları alması üzrə beş müqavilə bağlayıb.
Tədarük heç bir təcrübəsi olmayan, 2 və 10 manat kapitalı olan yeni yaradılmış üç şirkətə həvalə edilib.
Dövlət satınalmaları reyestrinə əsasən, "Life-71", "Talant-71" və "Alyans-2017" şirkətləri ilə müqavilələrin ümumi həcmi 104,1 min manatdır (61,2 min dollar). Bu şirkətlər bu ilin avqust ayında Sumqayıtda və Saatlı rayonunun Qıraqlı kəndində yaradılıb. "Life-71" MMC-nin və "Talant-71" MMC-nin direktoru Nizami Bahadır oğlu Abdullayev "Platforma-63" və "Receptor" şirkətlərinə də rəhbərlik edir. Onlar bu ilin avqust ayında Sumqayıt şəhəri, Kottec, 60/13 ünvanında yaradılıb. Ələkbər Eynulla oğlu Abdullayev isə 9 avqustda beş şirkətin rəhbəri təyin edilib: Alyans-2017 MMC, Kristal-Servis-2017 MMC, MCTHolding-2017 MMC, Avanqard-2017 LLC və Intern-R MMC . Bütün bu şirkətlər Qıraqlı kəndində qeydiyyatdan keçib.