Türkiyənin "Qalatasaray" futbol klubu baş məşqçi postuna Fatih Terimi gətirib.
Abzas.net xəbər verir ki, bu barədə klub rəhbərliyi məlumat verib.
Dördüncü dəfə "Qalatasaray"ın sükanı arxasına keçən "İmperator" bu postda xorvatiyalı İgor Tudor-u əvəz edəcək.
Artıq klubun bazasına gələrək, komandanı məşqə çıxardan Terimlə 1.5 illik müqavilə imzalanıb.