Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi İgor Tudor istefaya göndərilib.
Abzas.net xəbər verir ki, "Qalatasaray" prezidenti Dursun Özbek bu məsələ ətrafında uzun müzakirələrin aparıldığını və baş məşqçi ilə yolları ayırmaq qərarının verildiyini bildirib.
Tudor özü də komandada qalmaq niyyətində olmadığını bildirib. Razılaşmaya əsasən, Tudora 400 min avro təzminat ödəniləcək.
Tudor-un istefaya göndərilməsi ilə bağlı rəsmi qərar bu gün Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək idarə heyətinin toplantısında veriləcək.
"Qalatasaray" Super Liqanın XVI turunda səfərdə "Yeni Malatyaspor"a 1:2 hesabı ilə uduzaraq liderliyi əldən verib. Hal-hazırda komanda 33 xalla 2-ci pillədə qərarlaşıb.