2017-ci ilin ən güclü klub məşqçisinin adı müəyyənləşib.
Abzas.net xəbər verir ki, sorğunun nəticələrinə görə, ilin ən güclü klub məşqçisi İspaniyanın "Real" Madrid klubunun baş məşqçisi Zinedine Zidane olub.
Sorğunu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) keçirib.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Madrid “Real”ının fransalı çalışdırıcısı Zinəddin Zidan olub.
Sorğunun nəticələrinə görə, 2-ci yeri İtaliyanın "Yuventus" klubunun italiyalı baş məşqçisi Massimiliano Allegri tutub. 3-cü yerin sahibi isə digər italiyalı mütəxəssis, İngiltərənin "Çelsi" klubunun çalışdırıcısı Antonio Conte olub.
Sorğunun nəticələri aşağıdakı kimidir:
1. Zinedine Zidane (“Real” Madrid) - 326 xal
2. Massimiliano Allegri (“Yuventus”) - 70
3. Antonio Conte (“Çelsi”) - 66
4. Josep Pep Guardiola (“Mançester Siti”) - 47
5. Leonardo Jardim (“Monako”) - 46
6. Diego Simeone (“Atletiko”) - 33
7. Jose Mourinho (“Mançester Yunayted”) - 32
8. Mauricio Pochettino (“Tottenham”) – 26
9. Peter Bosz (“Ayaks” / “Borussiya” Dortmund) - 18
10-11. Unai Emery (PSJ) - 13
10-11. Marcelo Gallardo (“River Pleyt”) - 13
12. Ralph Hasenhuttl (“Leypziq”) - 6
13. Jurgen Klopp (“Liverpul”) - 3
14. Carlo Ancelotti (“Bavariya”) - 2
15. Serjio Conseisao (“Nant” / “Porto”) - 1