Əgər məğrur fin xalqı mübarizədə öz xoşbəxtliyini qoparıb götürə bilməsəydi, o da sovet quruluşunun bütün gözəlliklərini dada biləcəkdi. Amma artıq həmin tarixdən 100 il keçib, baxaq hazırda Rusiya və Finlandiya necə yaşayır.
Finlandiya vs Rusiya
Alıcılıq qabiliyyəti (Beynəlxalq Valyuta Fondunun 2015-ci il göstəriciləri) Finlyandiya – 16-cı, Rusiya 66-cı yerdədir.
Foto1: Valio – dünyaca məşhur süd məhsulları istehsalçısı. İl ərzindəki dövriyyəsi – 1.7 milyard avrodur.
Foto2: Paulig Group – məşhur fin qəhvə istehsalçısı. İl ərzindəki dövriyyəsi 700 milyard avro.
Foto3: Stockmann – geyim satış şəbəkəsi. İl ərzindəki dövriyyəsi 1.4 milyard dollar.
Linux, Angry Birds, Lumene, Nokia və digər dünyaca məşhur brendlər də həmçinin finlərə məxsusdur. 5,5 milyon əhalisi olan bir ölkə üçün bu heyrətləndiricidir.
Dünya Bankının göstəricilərinə əsasən, paritetə görə alıcılıq qabiliyyətində Finlandiya 23-cü, Rusiya 48-ci yerdə qərarlaşıb.
Foto4: Finlərin ev almağa maddi imkanlarının kifayət etməsinə sübut - evin tikintisinə sərf edilən qiymətdir. 600 min əhalisi olan Helsinkidə yeni tikili binada bir kvadrat metr 3200 avro təşkil edir.
Foto5: Buna baxmayaraq, “sosial ev”-lər də var ki, burada o dəqiqə mənzil almaq yox, sərfəli qiymətə yaşamaq üçün mənzil də kirayə götürmək olur.
Foto6: Taxta evin tipik fin dizaynı.
Dünya universitetləri reytinqində (The World University Rankings) Helsinki Universiteti 91-ci yerdədir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti isə 188-ci yerdədir.
Foto7: BMT-nin hesabatlarında Finlandiya dünyada ən yüksək təhsil indeksləri arasındadır. Uşaq bağçalarında isə 4 uşağa 1 tərbiyəçi düşür. Bu isə körpələrin lap erkən yaşlarından effektiv inkişafı ilə məşğul olmaq deməkdir.
İnsanların həyat ömrünün orta davamlılığına görə (Dünya Səhiyyə Təşkilatı – 2015) Finlandiya 22-ci, Rusiya isə 110-cu yerdədir.
Foto8: Finlərin orta həyat yaşı 81 ildir. Qadınlar burada orta hesabla 83 il, kişilər isə 78 il yaşayır.
Qocalıq burada xoşagəlməz və ağır bir hal kimi qarşılanmır. Finlandiya təqaüdçüləri həyatda sağ qalmaq üçün çarpışan insanlar yox, zövqlə yaşayan, istədikləri ilə məşğul olan fəal insanlardırlar. Onlar dövlət təqaüd sığortası və tibbi sığorta, əlillik müavinəti, yaşayış təqaüdü və mənzil müavinəti ilə təmin edilirlər. Ağır maddi şərtlər altında olan şəxslərə isə mənzil üçün əlavə vəsait də verilir. Qocalıq səbəbindən təqaüdə 63-68 yaşlarında çıxırlar. Vətəndaş nə qədər gec təqaüdə çıxsa, onun təqaüdü də bir o qədər artıq olur.
Dünyada təhlükəsizlik reytinqi (Dünya İqtisadiyyat Forumu – 2016): Finlandiya – 1-ci, Rusiya 126-cı yerdədir.
Foto9: Finlandiya təhlükəsiz turzim və yaşayış üçün ən yaxşı yerdir. Burada nə kriminal, nə terror hücumları, nə də hər il baş verən kataklizmlər baş vermir. Sakit və hüzur. 
Bununla belə milli ordu yardımları reytinqində Finlandiya 55-ci yeri tutur. Bu isə yenicə yuxarı pillələri qazanan Azərbaycan və Gürcüstandan da yuxarıdır. Və silah istehsalçıları olan Belçika və Avstriyadan da yükək pillədə dayanır.
Musiqidən əlavə finlər həmçinin kinematoqrafiya ilə də öyünə bilərlər. Aki Kaurismyakinin rejissorluq etdiyi “Keçmişi olmayan adam” filmi 2002-ci ildə Kann festivalında Qran-Priyə layiq görülüb və 2003-cü ildə “Ən yaxşı əcnəbi film” kateqoriyasında “Oskar”-a namizəd olub. Suomidə çəkilən sənədli filmlər də tez-tez beynəlxalq mükafatlara layiq görülür.
[embed]https://www.youtube.com/watch?v=yveZOgwZqZc[/embed]
Sport (Xokkey). Soçi 2014 – Finlandiya 3-cü, Rusiya ilk üçlükdən xaric olub. Dünya üzrə Xokkey çempionatı – Finlandiya 2-ci, Rusiya 3-cü yeri qazanıb.
Nəticə
Rusiyadan 100 il müstəqil həyat reallamış potensialı və böyük insan kapitalı ilə finlərə gözəl, varlı və təhlükəsiz bir ölkə bəxş edib. Bir çox trollar “Finlərə suverenliyi verən Lenin olub” deməyi çox sevirlər. Lakin onlar bir şeyi də unudurlar ki, 1918-ci ilin yanvarından may ayınadək Finlandiya “vətəndaş” müharibəsində cəhənnəmdən keçib. “Qırmızı” sol radikalları, hamıya məlum olan sxem üzrə Finlandiya hakimiyyətini silah gücünə əldə etmək istəyiblər. Həmin Lenin də onlara pul və silahla dəstək olub. Nəticə etibarı ilə, “ağlar” qısa zamanda xəyalpərəstlərin kommunist gələcək haqqında xülyalarına son qoyublar və rahat həyatla 1939-cu ilədək yaşayıblar.
Finlər çox savadlı bir millət olduğundan tarix dərslərini yaxşı yadda saxlayırlar və fəal şəkildə Müstəqillik Gününü qeyd edirlər.
P.S. Onu da əlavə edək ki, Finlandiya sosial siyasət sahəsində də Belorusla müqayisədə fərqləndirici bir xüsusiyyətə malikdir: Suomidə tətbiq edilən yeni qanuna görə hər bir işsiz adam 560 avro alacaq. Ölkədə axı orta aylıq əmək haqqı 3500 avrodan da çoxdur.