15 Fevral 2017
Mətni dəyiş
BMT-dən verilən açıqlamada, 2016-cı ildə müxtəlif ölkələrdə vəzifədə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) işçilərindən 32-nin sui-qəsd nəticəsində həyatını itirdiyi bildirilib.
"Aljazeera" xəbər verir ki, öldürülənlərdən 26-nın sülhməramlı hərbi, 2-nin təhlükəsizlik işçisi, digərlərinin də müxtəlif sivil çalışanlar olduğu vurğulanıb.
BMT personalının ən çox can itkisi yaşadığı ölkə isə Mali olub. Bu ölkədəki BMT missiyalarında vəzifə yerinə yetirən 23 nəfər silahlı hücum, pusqu və ya bombalı partlayıcılar vasitəsilə həyatını itirib.
Şərhdə, son beş ildə öldürülən BMT personalı sayının isə 239 olduğu ifadə edilib. Buna görə, öldürülən personal sayı 2016-cı ildə 32, 2015-ci ildə 51, 2014-cü ildə 61, 2013-cü ildə 58, 2012-ci ildə isə 37 nəfər olub.
Qeyd edək ki, açıqlamada əlavə olaraq, BMT personalının yüksək riskli bölgələrdə vəzifədə olarkən qəsdən hücumlara məruz qaldığı da ifadə edilərək, BMT rəhbərliyindən personalın təhlükəsizliyinin təmin edilməsi üçün daha çox avadanlıq təsis edilməsi istənilib.