2016-cı ildə Rusiyadan Türkiyəyə gedən turistlərin sayı 76% azalıb

2016-cı ildə Rusiyadan Türkiyəyə gedən turistlərin sayı 76% azalıb
2 Fevral 2017
Mətni dəyiş
2015-ci illə müqayisədə ötən il Rusiyadan Türkiyəyə gedən turistlərin sayı 76% azalıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiya Turizm Operatorlar Assosiasiyası (RTA) yayıb.
2016-cı ilin yekunlarına görə, 866 min rusiyalı Türkiyəyə səfər edib, bu da 2015-ci illə müqayisədə 76,26% azdır. (3,65 milyon nəfər turist). Türkiyəyə gələn ümumi xarici turistlərin sayı 30 faiz azalaraq 25,3 milyon nəfər təşkil edib.
RTA-nın qənaətinə görə, kəskin azalmanın əsas səbəbi ölkədə təhlükəsizliklə bağlı problemlərdir. Bu il Rusiyadan Türkiyəyə 3-3,5 milyon turistin getməsi gözlənilir. 2016-cı illə müqayisədə bu il rusiyalı turistlər üçün 20-50 faiz endirimlər nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun