3 Fevral 2017
Mətni dəyiş
Avropa Birliyi dövlət və hökumət başçıları Maltada qeyri-rəsmi görüş keçiriblər.
"Euronews" xəbər verir ki, qeyri-rəsmi zirvə olmasına baxmayaraq, bu görüş Avropa Birliyinin gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Liderlər beynəlxalq problemlərdə həll yolu axtarmağa çalışıb.
Trump və "Brexit" məsələsi Avropa Birliyinin belini bükür. İlkin məlumatlara görə, zirvədə miqrant böhranı müzakirə edilən ilk mövzulardan biri olub.
Qeyd edək ki, Avropa Birliyi rəsmilərinin iclas keçirdiyi Malta da miqrant axınına uğrayan ölkələr arasında yer alır.