ABŞ-da casusluqda ittiham olunan çinli Afinada həbs edilib

ABŞ-da casusluqda ittiham olunan çinli Afinada həbs edilib
12 Fevral 2017
Mətni dəyiş
Yunanıstanın paytaxtı Afinada 52 yaşlı Çin vətəndaşı casusluq etdiyi ittihamı ilə qaldığı oteldə həbs olunub.
"Sputnik" agentliyi xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik İstintaqları (HSI) qurumu ilə əlaqə quran və əməkdaşlıq edən Yunanıstan polisi aldığı kəşfiyyatdan sonra həbs etdiyi şübhəlinin ABŞ-da da axtarıldığını ortaya çıxarıb.
Şübhəli haqqında 2013-cü ildə ABŞ-da həbs qərarı çıxarılıb.
Dubai üzərindən Afina Eleutherios Venizelos Havalimanına endiyi andan etibarən təqib edilən Çinli, Afinanın mərkəzində qaldığı oteldə həbs edilərək, Afina Apellyasiya Məhkəməsinə aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun