11 Fevral 2017
Mətni dəyiş
Kiber hücumlar yolu ilə bankomatlardan 55 milyon dollar oğurlamaqda günahlandırılan və ABŞ-da mühakimə olunan türk hacker Ercan Fındıkoğluna 8 il həbs cəzası verilib.
"Sputnik" xəbər verir ki, Ercan Fındıkoğlu 14 ilə qədər həbs istəyi ilə ABŞ-da mühakimə olunduğu prosesdə hakim qarşısına çıxıb. New York federal məhkəməsində mühakimə olunan Fındıkoğlu 8 il həbs cəzası alıb.
Almaniyanın Frankfurt şəhərində 2013-ci ildə həbs edilən və ABŞ-ın axtarılanlar siyahısında olan Fındıkoğlu 2015-ci ilin iyununda ABŞ-a ekstradisiya edilmişdi.
ABŞ-da "kompüter sistemlərinə icazəsiz girmək", "bank saxtakarlığı" kimi fərqli cinayətlərdən mühakimə olunan Fındıkoğlu keçən il günahını qəbul etmişdi.