12 Fevral 2017
Mətni dəyiş
ABŞ-da səs verdiyi üçün imiqrantı mühakimə edəcəklər.
ABŞ-ın Texas ştatında Meksikadan olan imiqrantın seçkilərdə hüququ çatmadığı təqdirdə iki dəfə səs verməsi üzə çıxıb. Buna görə o, 8 ilini həbsxanada keçirə bilər.
"Azadlıq Radiosu" xəbər verir ki, bu barədə The New York Times məlumat verib.
Roza Mariya Orteqa ABŞ-da “Green card”la yaşayıb. O, 2012-ci ildə prezident və aralıq seçkilərində səs verib.
Bu həftə ABŞ-da polis reydi zamanı ölkədə qeyri-qanuni yaşayan yüzlərlə imiqrant saxlanıb. Ölkənin milli təhlükəsizlik nazirliyi bunu mütəmadi keçirilən əməliyyat adlandırıb.
Yanvarın 26-da ABŞ prezidenti Donald Trump qeyri-leqal imiqrasiya ilə mübarizə üçün sərəncam imzalayıb. ABŞ və Meksika sərhədlərində divar hörülməsi məsələsi ortaya çıxıb.