12 Fevral 2017
Mətni dəyiş
Amerika Gürcüstanda döyüş təlimi mərkəzi tikəcək.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi öz saytında xəbər verir.
"Azadlıq Radiosu" xəbər verir ki, bu haqda razılıq Gürcüstan ordusu rəhbərliyinin ABŞ ordusu komandanlığınn Avropadakı 7-ci təlim mərkəzinə səfəri zamanı əldə edilib.
Görüşlərdə ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandiri, general-leytenant Ben Hoces də iştirak edib.
Bundan başqa tərəflər müdafiə sahəsində əməkdaşlıq barədə 3 illik müqavilə imzalayıblar.
Bundan əvvəl ABŞ senatoru John McCain Tbilisiyə səfəri zamanı bildirmişdi ki, onun ölkəsi Gürcüstana dəstək verməkdə davam edəcək və Rusiyaya qarşı yeni sanksiyaları qoymağa çalışacaq.