ABŞ: Məhkəmə səyahət qadağasının müsəlmanlara qarşı olub-olmadığını sorğulayıb

ABŞ: Məhkəmə səyahət qadağasının müsəlmanlara qarşı olub-olmadığını sorğulayıb
8 Fevral 2017
Mətni dəyiş
ABŞ-da Apellyasiya məhkəməsi yeni prezident Donald Trump-ın səyahət qadağasının müsəlmanlara qarşı ayrı-seçkilik olub-olmamasını sorğulayıb.
Sərəncama əhalisinin çoxu müsəlman olan yeddi ölkədən olan bütün qaçqın və qonaqların ABŞ-a girişini müvəqqəti olaraq qadağan edib.
Hakim Richard Clifton sual edib ki, sərəncamın dünya müsəlmanlarının yalnız 15 faizinə təsir etməsi ayrı-seçkilik sayıla bilərmi.
O, bu həftə San Fransiskoda apellyasiya məhkəməsində məsələ ilə bağlı qərar çıxaracaq üç hakimdən biridir.
Məhkəmənin qərarının nə olmasına baxmayaraq, çox güman ki, məsələ Ali Məhkəmədə nəticələnəcək.
Ədliyyə Departamenti müraciət edərək, hakimləri qadağa qərarının bərpa edilməsinə çağırıb.
Vəkil August Flentje deyib ki, konqres ölkəyə daxil olanların idarəsi ilə bağlı prezidentə icazə verib.
Məhkəmədə səyahət qadağası şamil edilən yeddi ölkə, yəni İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmənin ABŞ-a olan təhlükə riski barədə sübut tələb edilib.
Buna cavab olaraq vəkil bildirib ki, Amerikadakı bir sıra Somali vətəndaşları əl-Şəbab qrupuna qoşulub.
Sonra Vaşinqton dövlətini təmsil edən vəkil məhkəməyə deyib ki, sərəncamın icrasının dayandırılması ABŞ hökumətinə ziyan verməyib.
ABŞ Ədliyyə Departamentinin bazar ertəsi yayımladığı 15 səhifəlik xülasədə qeyd edilib ki, sərəncam "dinə münasibətdə neytraldır".
Seçki kampaniyası zamanı ABŞ-a gələnlərə məhdudiyyətlər qoyacağı barədə vəd vermiş Donald Trump səyahət qadağası ilə bağlı sərəncamı yanvarın 25-də imzalayıb.
Geniş şəkildə tənqid edilən sərəncam qüvvəyə minəndən sonra ABŞ və xarici hava limanlarında qarışıqlıq yaranıb. Qərarın həyata keçirilməsi Sietlda fevralın 4-də federal hakim tərəfindən təxirə salınıb.
Nəticədə, qadağanın aid edildiyi İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan etibarlı viza sahibləri yenidən Amerikaya səyahət edə biliblər.
Cənab Trump isə səyahət qadağasını məhdudlaşdıran hakimi tənqid edib və bildirib ki, "əgər nəsə baş verərsə" amerikalılar məhkəmələri günahkar saymalıdırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun