11 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump İraq Baş naziri Heydər əl-İbadi, Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Sani və Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah ilə telefonla danışıb.
Ağ Evdən edilən açıqlamada, Trump-ın İbadi ilə telefon danışığında terror təşkilatı İŞİD ilə mübarizədə ABŞ-ın İraq xalqının yanında olduğunu vurğuladığı və İraq ordusunu Mosulda bu təşkilata qarşı göstərdiyi müvəffəqiyyətlərə görə təbrik etdiyi bildirilib.
"Habertürk" xəbər verir ki, Trump-ın səyləri üçün İbadi-yə təşəkkür etdiyi və İŞİD ilə mübarizədə həyatını itirən İraq əsgərləri üçün başsağlığı dilədiyi ifadə edilən açıqlamada, "İki lider İranın bütün bölgədə təşkil etdiyi təhdidlə bağlı danışıb. ABŞ ilə İraq arasında uzun davamlı iş birliyinə ABŞ - İraq Strateji Çərçivə Razılaşması zəminində bağlılıqlarını yeniləyiblər" ifadələrindən istifadə edilib.
Açıqlamada Trump-ın Qətər əmiri ilə danışığında iki ölkə arasında müdafiə mövzusundakı iş birliyinin əhəmiyyətini vurğuladığı qeyd edilib.
Danışıq zamanı Suriyadakı hadisələrin də gündəmə gəldiyi bildirilən şərhdə, "İŞİD-in məğlub olması və müvəffəqiyyətli siyasi çevriliş üçün şərtlərin yaradılması mövzularında razılaşdılar. İki lider iqtisadi və investisiya mövzularında iş birliyi və terrora maliyyə yardımı axınlarının dayandırılması mövzusunda səylərinin davam etdirilməsi vədini verdi" məlumatı paylaşılıb.
Açıqlamada Trump-ın Küveyt əmirinə ABŞ əsgərlərini ölkəsində qonaq etdiyi üçün təşəkkürlərini çatdırdığı məlumatı da verilib.
Terror təşkilatı İŞİD ilə mübarizə mövzusunda iş birliyinin gücləndirilməsi mövzusunda iki liderin razı qaldığı vurğulanan şərhdə, "İranın bölgədəki mənfi təsir yaradan fəaliyyətlərini dayandırma mexanizmləri mövzusunda fikir mübadiləsi aparıldı" ifadələrinə yer verilib.