21 Fevral 2017
Mətni dəyiş
Amerika silahlı Suriya müxalifətinə pul və silah yardımını dayandırıb. Bu barədə Reuters məlumat verir.
Müxalifət nümayəndələri rəsmi səbəblərin açıqlanmadığını, lakin yanvar ayında ABŞ-ın göndərdiyi silah və pulun bir hissəsini ələ keçirən islamçılar tərəfindən hücuma məruz qaldırdıqlarını bildiriblər. Müxalifət liderlərinin fikrincə Vaşinqtonda cihadçıların ABŞ-ın müasir silahlarından nümunələr ələ keçirməsindən narahatdırlar.
Agentliyin mənbələrindən əldə etdiyi məlumata görə isə yardımın dayandırılmasına səbəb Donald Trump-ın hakimiyyətə gəlməsidir.
Reuters həmçinin, müxalifətin ərazidə silahlanma baxımından güclü olmasına baxmayaraq, ərəb monarxiyaları tərəfindən dəstəklənən islamçıların onlardan geri qalmadığını qeyd edir.