14 Fevral 2017
Mətni dəyiş
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Abzas.net xəbər verir ki, İK Topaz Premyer Liqanın 18-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz Premyer Liqasının XVIII turunun “Zirə” – “Qəbələ” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sumqayıt” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.