Ağ ev sözçüsü Spicer: "Flynn-in istefasını Trump istədi"

Ağ ev sözçüsü Spicer: "Flynn-in istefasını Trump istədi"
15 Fevral 2017
Mətni dəyiş
Ağ evin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn-in istefasının ABŞ prezidenti Donald Trump tərəfindən istənildiyi açıqlanıb.
Ağ Ev sözçüsü Sean Spicer gündəlik mətbuat konfransında, Trump-ın məsləhətçilərindən Donald McGahn-in 17 gün əvvəl Trump-ı xəbərdar edərək, Flynn-in rus səfir Sergey Kislyak ilə etdiyi telefon danışığıyla bağlı vitse-prezidenti Mike Pence-ə səhv məlumat verdiyi barədə məlumatlandırdığını söyləyib.
"Anadolu Agentliyi" xəbər verir ki, spiker Spicer, "Bir güvən problemi olduğu" istiqamətində prezidentin xəbərdar edildiyini və bundan sonra Trump-ın Flynn-dən istefa verməsini istədiyini qeyd edib.
Spicer, "Prezident, Flynn-in Pence-i və digərlərini səhv məlumatlandırmasından əlavə çox ciddi şəkildə qayğılı idi" deyərək, bu olaylardan sonra Trump-ın Flynn-dən istefa verməsini istədiyini bildirib.
Ağ Evin Flynn-i rus səfir Kislyak-la görüşdüyünü ortaya çıxmasının ardından izlədiyini ifadə edən Spicer, "Bu söz-söhbətlər ilk ortaya çıxdığından bəri, mövzunun gerçək olub-olmadığını anlamaq üçün hər gün araşdırma edildi", - deyə qeyd edib.
Xatırladaq ki, Flynn, Kislyak ilə etdiyi telefon danışığına dair iddiaların ardından vəzifəsindən istefa vermişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun