24 Fevral 2017
Mətni dəyiş
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Abzas.net-in məlumatına görə, püşk nəticəsində Türkiyənin mübarizəni davam etdirən yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək.
Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbir zamanı 16 komanda reytinqindən və təmsil etdikləri ölkədən asılı olmayaraq, eyni səbətdən çıxarılacaqlar. Yeganə məhdudiyyət kimi Rusiya və Ukrayna komandalarının bir-birinə rəqib ola bilməməsi bəndini göstərmək olardı ki, bu da baş verməyəcək. Çünki artıq Ukraynanın heç bir təmsilçisi qalmayıb.
Püşkatmada iştirak edən komandalar bunlardır:
"Ayaks" (Hollandiya)
"Anderlext" (Belçika)
APOEL (Kipr)
"Beşiktaş" (Türkiyə)
"Selta" (İspaniya)
"Genk" (Belçika)
"Gent" (Belçika)
"Kopenhagen" (Danimarka)
"Krasnodar" (Rusiya)
"Lion" (Fransa)
"Mançester Yunayted" (İngiltərə)
"Borussiya" (Mönxenqladbax, Almaniya)
"Olimpiakos" (Yunanıstan)
"Roma" (İtaliya)
"Rostov" (Rusiya)
"Şalke" (Almaniya)
Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/8 final matçları martın 9-da və 16-da olacaq.