21 Fevral 2017
Mətni dəyiş
Avstraliyada yüngül mühərrikli təyyarə DFO (Direct Factory Outlet) ticarət mərkəsinin binasına düşüb.
Bu barədə ABC telekanalı məlumat verir.
Verilən məlumata görə, insident Melburn şəhərinin cənubunda Essedon hava limanı yaxınlığında yerli vaxtla saat 9:00-da baş verib. Beechcraft B200 təyyarəsinin bortunda Kinq adasına gedən beş nəfər sərnişin olduğu bildirilir. Sərnişinlərin vəziyyəti, eləcə də ticarət mərkəzində zərərçəkənin olub olmaması barədə heç bir məlumat verilmir.
Hadisənin şahidlərinə istinadən məlumat verən New Zealand Herald, təyyarənin binaya çırpılana qədər anidən sürətlə alçalmağa başladığını qeyd edib. Yanmaya başlayan təyyarəni söndürmək üçün 13 yanğınsöndürən maşın gəlib.