Çamodanda Türkiyəyə keçmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

Çamodanda Türkiyəyə keçmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb
20 Fevral 2017
Mətni dəyiş
Türkiyənin Artvin bölgəsində sərhədçilər, çantada həmvətənlisini Türkiyəyə keçirmək istəyən Gürcüstan vətəndaşını saxlayıblar.
Bu barədə Daily Sabah məlumat verir.
İnsident, Hopa şəhərində, Sarp sərhəd-keçid məntəqəsində baş verib. Gürcüstan vətəndaşlarından birinin şübhəli görünməsi səbəbilə, çamodanını açması tələb olunub. Nəticədə çamodanda qadın olduğu məlum olub.
Hər iki şəxs polis bölməsinə aparılıb. Sorğuda məlum olub ki, 28 yaşlı xanım Türkiyədən 3 ay əvvəl vizasının müddəti bitdiyinə görə deportasiya olunub.
Qeyd edək ki, bənzər hadisə ötən ilin dekabrında  baş verib. Mərakeş vətəndaşın İspaniyaya çamodanda gənc afrikalını keçirməyə cəhd edib. Milli Qvardiyanın əməkdaşları özünü şübhəli aparan və böyük çamodan daşıyan xanımı saxladıqda, çamodanda oksigen çatışmazlığından boğulmaq üzrə olan gənci görüblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun