14 Fevral 2017
Mətni dəyiş
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsveçrənin Cenevrə şəhərində 20 fevralda keçirilməsi planlaşdırılan Suriya mövzulu müzakirələrin 23 fevralda başlayacağını bildirib.
Abzas.net xəbər verir ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura-nın sözçüsü Yara Sharif, Anadolu Agentliyi müxbirinə verdiyi açıqlamada, 20 fevrala qədər müzakirələrə qatılacaq heyətlərin Cenevreyə gələrək de Mistura ilə müşavirə keçirəcəyini ifadə edib.
Sharif, de Mistura-nın Suriya sülh danışıqları üçün diplomatik fəaliyyətlərini aktiv şəkildə davam etdirdiyini və iştirakçılara dəvətlərin bu gün etibarilə göndərildiyini bildirib.
Xüsusi nümayəndə De Mistura, yanvar ayı sonunda etdiyi şərhdə Cenevrədə 8 fevralda edilməsi planlanan sülh danışıqlarının 20 fevrala təxirə salındığını açıqlamışdı.
Digər tərəfdən, Sharif 15-16 fevralda Astanada təşkil edilməsi planlaşdırılan Suriya görüşlərinə de Mistura-nın qatılıb-qatılmayacağı mövzusunun dəqiqlik qazanmadığını, bu mövzuda hər hansı şərh verə bilməyəcəyini qeyd edib.