Donald Trump: "İran atəşlə oynayır"

Donald Trump: "İran atəşlə oynayır"
3 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump növbəti dəfə İran haqqında sərt ifadələrdən istifadə edib.
Abzas.net xəbər verir ki, prezident Trump sosial şəbəkədə İranla bağlı bu sözləri yazıb:
"İran atəşlə oynayır. Onlar prezident Obamanın özlərinə münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!"
Xatırladaq ki, bundan əvvəl D. Trump bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini "qorxunc" adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana qarşı hərbi gücdən istifadə etmə variantının mümkünsüz olmayacağını deyib.
Qeyd edək ki, İran yanvar ayının sonlarında ballistik raketi uğurla sınaqdan keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun