10 Fevral 2017
Mətni dəyiş
NATO-nun Rusiyaya sərhədi olan ölkələrə əsgər yığmasından sonra, Şərqi Avropada silahlanma küləkləri əsməyə davam edir. Rusiyayla sərhəd olan iki ölkə olan Estoniya və Finlandiya rus təhdidinə qarşı ordularını gücləndirməyə başlayıb.
Estoniya və Finlandiya qonşuları Rusiyadan gələ biləcək hər hansı hücuma qarşı silahlı qüvvələrini Cənubi Koreyadan alınacaq toplarla gücləndirməyi planlaşdırır.
"Habertürk" xəbər verir ki, Estoniyanın 12 ədəd havan topu üçün Asiya ölkəsi ilə razılaşdığı, Finlandiyanın isə daha yüksək rəqəmlərlə sifariş verməyi planlaşdırdığı ifadə edildi. Cənubi Koreyadan gətiriləcək topların, daha əvvəl Cənubi Koreya ordusunun istifadə etdiyi vasitələrdən meydana gələcəyi ifadə edildi.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra başda Baltik ölkələri olmaq üzrə, bir çox Şərqi Avropa ölkəsi hərbi tədbirləri artırıblar. Üç Baltik ölkəsi, Estoniya, Latviya və Litva rus təhdidinə qarşı ortaq hava müdafiə sistemi qurma mövzusunda razılaşmışdı.