Flynn-in istefasına Moskvadan reaksiyalar gecikməyib

Flynn-in istefasına Moskvadan reaksiyalar gecikməyib
15 Fevral 2017
Mətni dəyiş
Ağ evin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn-in istefa xəbəri Moskvada böyük əks-sədaya səbəb oldu.
"Euronews" xəbər verir ki, əvvəlcə Kreml hadisəyə təmkinli yaxınlaşdı, prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov, bu istefanın 'Amerikalıların daxili məsələsi olduğunu' söyləməklə kifayətlənmişdi.
Ancaq bir çox rus siyasətçilər, bu addımın Rusiya ilə ABŞ arasındakı əlaqələri baltalamaq məqsədi daşıdığını iddia edib.
Parlamentin alt qanadı Dumanın Xarici Əlaqələr Komitəsindən Leonid Slutsky istefa ilə bağlı bu sözləri deyib:
"Flynn-in Amerika rəhbərliyində yenidən yer tapması ehtimalını göz ardı etmirəm. Bu hadisə sadə vətəndaşlar və Amerika siyasətinə Rusiyanın hələ də strateji bir rəqib olduğunu göstərmək məqsədi daşıyırdı".
Qeyd edək ki, Flynn, Trump-ın Moskva ilə münasibətlərində kilid adamı olaraq görülürdü.
"Russia Today" televiziya kanalının 2015-ci ildə baş tutan tədbirdən çəkdiyi görüntülərdə, Flynn-in Putin ilə eyni masada oturduğu aydın şəkildə görünür.
Vəzifəyə gəlmədən əvvəl Rusiyanın ABŞ səfiri Sergey Kislyak görüşdüyü, ancaq bu görüşün məzmunu haqqında Amerika rəhbərliyini səhv və ya əskik bilgiləndirdiui irəli sürülən Flynn, bazar ertəsi günü istefa vermişdi. Bu görüşü təsdiqləyən Kreml, Rusiyaya istiqamətli Amerika sanksiyalarının aradan qaldırılmasının danışılmadığını açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun